"Sabah" FK yeni sponsorluq müqaviləsi bağladı

SABAH
13 Mart 2025
“Sabah” FK və “Edu Max Academy” şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb. 

Müqaviləyə əsasən, şirkət “Sabah” FK-nın U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək. Əməkdaşlıq müqaviləsinin əsas məqsədi futbol akademiyamızın azyaşlı üzvlərinin xarici dil biliklərinin təkmilləşdirilməsi və bununla da onların gələcəkdə beynəlxalq futbola adaptasiyalarını mümkün qədər asanlaşdırmaqdan ibarətdir. 

Qeyd edək ki, “Edu Max” şirkətinin əsas fəaliyyət istiqamətləri xaricdə təhsil, beynəlxalq imtahanlara hazırlıq və yay məktəbləri təşkilini həyata keçirməkdir.
TÖVSİYƏ OLUNANLAR

10 futbolçumuz milli komandalara dəvət alıb!

“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə 1/8 final mərhələsindən qoş

Baş məşqçimiz Valdas Dambrauskasın qələbə şərhi

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı 5:2 hesabı ilə məğlub e

"Sabah" - "Hapoel Beer-Şeva" oyun öncəsi mətbuat konfransı

Baş məşqçimiz Valdas Dambrauskas və futbolçumuz Velko Simiç "Sabah" - "Hapoel Beer-Şeva" oyunundan ö