"Sabah" Avstriya toplanışında son yoxlama oyununu keçirdi

SABAH
03 İyul 2025
Avstriyada təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Komandamız Macarıstanın "Pakş" klubu ilə qarşılaşıb. Macarıstanın Sombatxey şəhərində keçirilən oyun bərabərliklə nəticələnib – 3:3. Komandamızın qollarını Abdulla Xaybulayev və Neqoş Kupusoviç (2) vurublar.

Bu, "Sabah"ın hazırlıq çərçivəsində keçirdiyi ikinci yoxlama oyunu idi. Komandamız ilk yoxlama oyununda Rumıniya "Rapid"i ilə qarşılaşmışdı (2:2).
TÖVSİYƏ OLUNANLAR

Pavol Şafranko əməliyyat olunub

Komandamızın hücumçusu Pavol Şafranko diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat keçirib. İ

Azərbaycan millisinin heyəti açıqlanıb

"Sabah" FK-nın futbolçuları — Rəhman Daşdəmirov, Abdulla Xaybulayev, Xəyal Əliyev və Anatoli Nuriyev

Uğurlar, Sebalyos!

Kristian Sebalyos "Sabah"ın məşqçilər korpusundan ayrılıb. Gənc məşqçi ilə müqaviləyə qarşılıqlı raz

Umarali Raxmonaliyev Özbəkistan millisində fərqləndi

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin də üzvü olduğu Özbəkistanın U-23 millisi Asiya Kub