Baş məşqçimiz Valdas Dambrauskasın “Petrokub” - “Sabah” oyunu ilə bağlı fikirləri

SABAH
24 İyul 2025
Komandamız sabah UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə Moldovanın “Petrokub” klubu ilə qarşılaşacaq. Baş məşqçimiz Valdas Dambrauskas sabahkı oyunla bağlı fikirlərini bildirib:

“Bizi çox maraqlı oyun gözləyir. Rəqibin necə oynadığını təhlil etmişik, son oyunlarını izləmişik. Çox maraqlı komandadır, daha çox müdafiəyə meylli oynayırlar. Oyunçular çox kompaktdır, meydanda nə edəcəklərini bilirlər. Məncə, evdə və səfərdə bir qədər fərqli oyun sərgiləyirlər. Evdə daha çox pressinq edirlər, meydanın hər yerində rəqiblə birə-bir oynamağa çalışırlar. Səfərdə isə taktiki yanaşmaları bir az fərqlidir. Avrokuboklarda favorit olmur, burada həmişə bütün gücünlə mübarizə aparmalısan, hər an oyunun taleyini həll edə bilər.

Əlbəttə, biz bura sadəcə oynamağa gəlməmişik. Məncə, "Sabah" artıq elə bir səviyyəyə çatmalıdır ki, harada oynamasından asılı olmayaraq hər oyuna qalibiyyət üçün çıxsın. Biz də bunu etməyə çalışacağıq.

"Çelye" ilə keçirdiyimiz iki oyun bizə oyunumuzu anlamaq, səhvlərimizi dərk etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox şey qazandırdı. Avropa futbolunda həmişə olduğu kimi, nəticəni xırda detallar həll edir. Meydana çıxırsan və döyüşürsən, amma sonda kiçik məqamlar, köklənmə oyunun taleyini müəyyən edir. Ümid edirəm ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”.

“Petrokub” – “Sabah” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matç Kişinyovda, “Zimbru” stadionunda baş tutacaq.
TÖVSİYƏ OLUNANLAR

“Komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım” – Dambrauskas

“Sabah” Misli Premyer Liqasının III turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşdı. Qəbələ şəhər stadi

"Sabah" - "Hapoel Byer-Şeva" oyununa media üçün akkreditasiya başlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Byer-Şeva” o

UEFA Çempionlar Liqası: Valdas Dambrauskas və Timoteuş Puxaçın mətbuat konfransı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Sabah” səfərdə “Hapoel Byer-Şeva” komanda

Valdas Dambrauskasın "Orhus"la bağlı oyunla fikirləri

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə "Orhus"la qarşılaşacaq "