Valdas Dambrauskas: “Bu yaxşı nəticədir, amma iş hələ bitməyib”

SABAH
24 İyul 2025
“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız səfərdə “Petrokub” üzərində qələbə qazanıb – 2:0. Oyundan sonra baş məşqçimiz Valdas Dambrauskas fikirlərini bildirib: 

“Çox çətin oyun oldu. Rəqib bu oyuna kimi artıq 7 matç keçirmişdi. Bu oyunlar əsasında onları yaxşı təhlil etmişdik. Yəni rəqibi təhlil etmək üçün kifayət qədər materialımız var idi. Bura sadəcə müdafiə olunmağa və ya əks-hücumda şans axtarmağa yox, öz oyun üslubumuzu meydanda göstərmək, oyuna nəzarət etmək niyyətilə gəlmişdik. Düzdür, oyunda enişli-yoxuşlu anlar oldu, xüsusilə də birinci hissədə. Bəzən istədiyimizi tam göstərə bilmədik. İkinci hissədə isə, xüsusilə ilk 5-7 dəqiqədə bir qədər çətinlik yaşadıq. Üzərində işləməli olduğumuz çox məqam var. Qoldan sonra oyunu çox yaxşı şəkildə bağladıq. Rəqib təzyiq etməyə çalışsa da, biz topa nəzarət edə bildik, boş oyunçunu tapdıq ki, bu da məhz komandamın oynamasını istədiyim tərzdir. Avropada səfərdə qalib gəlmək çox önəmlidir. Qapımızı toxunulmaz saxladıq, iki qol vurduq – bu yaxşı nəticədir, amma iş hələ bitməyib. İki oyundan ibarət cütlükdə heç vaxt hər şey ilk oyunda həll olunmur. İndi geri qayıdıb, cavab oyununa hazırlaşmalıyıq”.

Qeyd edək ki, cavab oyunu iyulun 31-də, “Bank Respublika Arena”da baş tutacaq.
TÖVSİYƏ OLUNANLAR

Baş məşqçimiz Valdas Dambrauskasın “Petrokub” - “Sabah” oyunu ilə bağlı fikirləri

Komandamız sabah UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə Moldovanın “Petr

Valdas Dambrauskas: “Bu yaxşı nəticədir, amma iş hələ bitməyib”

“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız səfərdə “Pe

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atıldı

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. “Sabah” – “Petrokub” cütünün qalibi

Baş məşqçimiz Valdas Dambrauskasın "Çelye" ilə oyunla bağlı fikirləri

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Çelye" - "Sabah" oyunu əlavə vaxtın y