Baş məşqçimiz Valdas Dambrauskasın “Sabah” - “Petrokub” oyunu ilə bağlı fikirləri

SABAH
30 İyul 2025
"Sabah"ın baş məqşçisi Valdas Dambrauskas "Petrokub"la oyunla bağlı fikirlərini bildirib: 

"Birinci oyunda yaxşı nəticə əldə etdik, amma bəlkə də ən yaxşı oyunumuz deyildi, bunun fərqindəyik. Sabahkı oyunun bir qədər fərqli olacağını gözləyirəm, çünki rəqibimiz daha çox risk almağa məcbur olacaq.

Biz də öz tərəfimizdən oyuna daha üstün mövqedən yanaşmaq istəyirik. Yaxşı bərpa prosesi keçirdik, ardınca isə üç-dörd gün çox keyfiyyətli məşqlərimiz oldu. Moldovada keçirdiyimiz ilk oyunda yol verdiyimiz səhvlər üzərində işlədik.

Bu oyunda ən vacib məsələ rəqibi layiqincə qiymətləndirmək və diqqətli olmaqdır, çünki Avropada hər şey çox tez dəyişə bilər. Üstünlüyümüz olsa belə bunu unudub ilk dəqiqədən etibarən yalnız bir şey haqqında düşünməliyik – sabahkı oyunu necə qazanacağımız haqqında".

"Sabah" - "Petrokub" matçı sabah saat 20:00-da "Bank Respublika Arena "da baş tutacaq. Bu komandalar arasında Moldovada baş tutmuş ilk oyun komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
TÖVSİYƏ OLUNANLAR

Mikels daha 2 il bizimlə!

“Sabah” FK Coy-Lens Mikelslə yeni müqavilə imzalayıb. Futbolçu ilə bağlanmış yeni müqavilənin müddət

Stas Pokatilovla yeni müqavilə imzalandı!

“Sabah” FK qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb. Qazaxıstanlı qolkiperlə yeni müqavilənin

Təşəkkürlər, Nicat Mehbalıyev!

“Sabah” qapıçı Nicat Mehbalıyevlə yollarını ayırıb. 26 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan

"Sabah" FK-nın 5 futbolçusu milli komandamızda!

Azərbaycan millisinin heyəti açıqlanıb. "Sabah" FK-nın futbolçuları - Rəhman Daşdəmirov, Aleksey İsa