8 futbolçumuz milli komandalarda!

SABAH
06 Oktyabr 2025
“Sabah” FK-nın 8 futbolçusu müxtəlif milli komandalara dəvət olunublar. 

Rəhman Daşdəmirov, Abdulla Xaybulayev və Anatoli Nuriyev əsas milli komandamıza, Rəvan Mirzəmmədov, Şahin İbrahimov və Xəyal Əliyev isə U-21 millimizə çağırılıblar. 

Bundan əlavə, komandamızın qapıçısı Stas Pokatilov Qazaxıstan yığmasına, yarımmüdafiəçimiz Umarali Raxmonaliyev isə Özbəkistan milli komandasına dəvət ediliblər.   

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens” stadionunda Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” arenasında Ukrayna seçmə komandası ilə qarşılaşacaq. U-21 yığmamız isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.

Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da evdə Lixtenşteyn, 13-də səfərdə Şimali Makedoniya seçməsi ilə qarşılaşacaq. Özbəkistan yığması isə oktyabrın 9-da Küveyt, 13-də Uruqvay yığması ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
TÖVSİYƏ OLUNANLAR

10 futbolçumuz milli komandalara dəvət alıb!

“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə 1/8 final mərhələsindən qoş

Baş məşqçimiz Valdas Dambrauskasın qələbə şərhi

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı 5:2 hesabı ilə məğlub e

"Sabah" - "Hapoel Beer-Şeva" oyun öncəsi mətbuat konfransı

Baş məşqçimiz Valdas Dambrauskas və futbolçumuz Velko Simiç "Sabah" - "Hapoel Beer-Şeva" oyunundan ö