"Sabah" "Mingəçevir"lə yoxlama oyunu keçirdi

SABAH
17 Yanvar 2026
Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən "Sabah" yoxlama oyununda qüvvəsini sınayıb.

Komandamız "Mingəçevir"lə qarşılaşıb. "Bank Respublika Arena"nın ehtiyat meydançasında keçirilən matç "Sabah"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 9:1. Görüşdə qollarımıza Xəyal Əliyev (3), Velko Simiç (3), Umarali Raxmonaliyev (penalti), Kahim Parris və Tellur Mütəllimov imza atıblar. 
Baş məşqçimiz Valdas Dambrauskas matçda aşağıdakı heyətə şans verib:

92. Stas Pokatilov, 2. Amin Seydiyev, 40. İqor Noqeyra, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 19. Aaron Maluda, 46. Aleksey İsayev, 33. Umarali Raxmonaliyev, 21. Velko Simiç, 88. Xəyal Əliyev, 13. İvan Lepinitsa.

Sonradan meydana daxil olanlar:

55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 53. Andrey Santos, 77. Cafet Bulus, 6. Abdulla Xaybulayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev, 11. Kahim Parris, 70. Cesse Sekidika, 83. Stefan Ende. 

"Sabah" fasilədən sonra ilk rəsmi oyununu Misli Premyer Liqasının 17-ci turu çərçivəsində evdə "Karvan-Yevlax"a qarşı keçirəcək. Oyun yanvarın 25-də, saat 18:30-da "Bank Respublika Arena"da baş tutacaq.
TÖVSİYƏ OLUNANLAR

Azərbaycan Kuboku: Rəqibimiz bəlli oldu

“Sabah”ın Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki rəqibi bəlli olub. Komandamız bu mərhələdə “

"Sabah" - "Borussiya Dortmund" oyununun video icmalı

UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyunlar keçirilib. "Sabah" evdə "Borussiya Dortm

"Sabah" - "Borussiya": Oyun sonrası mətbuat konfransı

"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Komandamız evdə "Borussiya" (Dortmund) il

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!

“Sabah” UEFA Çempionlar Liqasında tarixinin yeni səhifəsini yazıb. Komandamız turnirin liqa mərhələs