Baş məşqçimiz Dambrauskasın "Qəbələ" ilə oyunla bağlı fikirləri

SABAH
05 Mart 2026
Baş məşqçimiz Valdas Dambrauskas Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cavab oyunundan (3:3, pen-4:2) sonra fikirlərini bildirib:

"İlk növbədə hər iki komandanı təbrik edirəm. Xüsusilə də xarakter və ruh nümayiş etdirdiyi üçün "Qəbələ" komandasını təbrik etmək istəyirəm.

Eyni zamanda növbəti mərhələyə yüksəldiyi üçün öz komandamı da təbrik edirəm. Bəzən həyat və futbol çox qəribə olur. Bir həftə ərzində çox maraqlı hadisələr yaşadıq: “Qarabağ” ilə oyunda 3:3 hesablı geri dönüş, “Qəbələ” ilə bugünkü matçda da geri dönüş oldu. 

Rəqib 10 nəfərlə qaldığı halda hesabda 2:0 öndə olursan və sonra cəmi 9 dəqiqə ərzində oyunun gedişi tam dəyişir. Təbii ki, bu barədə oturub danışmalı, analiz etməliyik. Çox incə bir xətt üzərində hərəkət edirik. Bir növ uçurumun kənarında idik və əlbəttə ki, bununla qürur duya bilmərik.

Amma bu kubok oyunudur və belə hadisələr hər ölkədə baş verir. Kubok yarışlarına baxanda həmişə qeyri-adi və dramatik hekayələr görmək olur. Düşünürəm ki, azarkeşlər, xüsusilə də neytral futbolsevərlər üçün bu oyun çox maraqlı idi.

Əsas odur, növbəti mərhələyə yüksəldik. İndi Bakıya qayıdacağıq və növbəti çərşənbə axşamı yenə “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Açığı, elə görünür ki, son vaxtlar həyatımda yalnız "Qəbələ"nin oyunlarını izləyir və analiz edirəm. Çünki bir ay ərzində onlarla üç-dörd dəfə qarşılaşırıq — indi isə artıq dördüncü dəfə olacaq.
Bu, asan deyil. Amma nə etmək olar — bizim üçün çətin olduğu kimi, onlar üçün də çətindir. Biz isə yolumuza davam edirik".
TÖVSİYƏ OLUNANLAR

“Komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım” – Dambrauskas

“Sabah” Misli Premyer Liqasının III turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşdı. Qəbələ şəhər stadi

"Sabah" - "Hapoel Byer-Şeva" oyununa media üçün akkreditasiya başlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Byer-Şeva” o

UEFA Çempionlar Liqası: Valdas Dambrauskas və Timoteuş Puxaçın mətbuat konfransı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Sabah” səfərdə “Hapoel Byer-Şeva” komanda

Valdas Dambrauskasın "Orhus"la bağlı oyunla fikirləri

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə "Orhus"la qarşılaşacaq "