Təşəkkülər, Cesse Sekidika!

SABAH
31 May 2026
“Sabah” FK Cesse Sekidika ilə yollarını ayırıb. Nigeriyalı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. 

Cesse Sekidika “Sabah”ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, klubumuzun heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib. 

Cesse Sekidikaya kluba xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzu edirik.
TÖVSİYƏ OLUNANLAR

Çempionlar Liqasının dörd ev oyunu üçün 104 620 bilet satılıb

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikd

Bir biletlə 4 böyük oyun!

UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyimiz dörd ev oyunu üç

10 futbolçumuz milli komandalara dəvət alıb!

“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə 1/8 final mərhələsindən qoş