“Sabah” Azərbaycan Kubokunda 1/4 finala adladı!

SABAH
03 Dekabr 2024

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. “Sabah” bu mərhələdə “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əsas vaxtda komandamızın qoluna Con İrasabal imza atıb. Əlavə vaxtda komandalar hərəyə daha bir dəfə fərqlənib. Komandamızın heyətində serbiyalı hücumçu Neqoş Kupusoviç rəqib qapısına yol tapıb. Oyunun əlavə vaxtı 2:2 hesablı bərabərliklə nəticələnib. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız (3:1) növbəti mərhələyə vəsiqə qazanıb.


“Sabah” 1/4 finalda “Sumqayıt”la qarşılaşacaq.


TÖVSİYƏ OLUNANLAR

Mikels daha 2 il bizimlə!

“Sabah” FK Coy-Lens Mikelslə yeni müqavilə imzalayıb. Futbolçu ilə bağlanmış yeni müqavilənin müddət

Stas Pokatilovla yeni müqavilə imzalandı!

“Sabah” FK qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb. Qazaxıstanlı qolkiperlə yeni müqavilənin

Təşəkkürlər, Nicat Mehbalıyev!

“Sabah” qapıçı Nicat Mehbalıyevlə yollarını ayırıb. 26 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan

"Sabah" FK-nın 5 futbolçusu milli komandamızda!

Azərbaycan millisinin heyəti açıqlanıb. "Sabah" FK-nın futbolçuları - Rəhman Daşdəmirov, Aleksey İsa