Vasili Berezutski: “Komandam bu gün xarakter nümayiş etdirdi”

SABAH
03 Dekabr 2024

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. “Sabah” bu mərhələdə oyun sonrası penaltilər seriyasında “Turan Tovuz”u məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Oyundan sonra baş məşqçimiz Vasili Berezutski fikirlərini bildirib: 

“İlk öncə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar bu gün xarakter nümayiş etdirdilər. Oyun çox çətin alındı. Bunda süni örtükdə oynamağımızın da rolu oldu. Buna rəğmən, komanda bu çətin matçdan qalib ayrılmağı bacardı. Bu mərhələni adlamaq bizim üçün çox vacib idi. “Turan Tovuz”un ağır zədə alan futbolçusu Denis Marandiçinin tezliklə sağalmasını diləyirəm”.

TÖVSİYƏ OLUNANLAR

Mikels daha 2 il bizimlə!

“Sabah” FK Coy-Lens Mikelslə yeni müqavilə imzalayıb. Futbolçu ilə bağlanmış yeni müqavilənin müddət

Stas Pokatilovla yeni müqavilə imzalandı!

“Sabah” FK qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb. Qazaxıstanlı qolkiperlə yeni müqavilənin

Təşəkkürlər, Nicat Mehbalıyev!

“Sabah” qapıçı Nicat Mehbalıyevlə yollarını ayırıb. 26 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan

"Sabah" FK-nın 5 futbolçusu milli komandamızda!

Azərbaycan millisinin heyəti açıqlanıb. "Sabah" FK-nın futbolçuları - Rəhman Daşdəmirov, Aleksey İsa