KİV-in diqqətinə!

SABAH
17 İyul 2026
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “KuPS” oyunu üçün akkreditasiya üçün qeydiyyat başlanılıb.

Qeydiyyat üçün aşağıdakı məlumatlar tələb olunur:

• Qeydiyyatdan keçən şəxsin adı və soyadı;
• Təmsil etdiyi KİV-in adı;
• Vəzifəsi; 
• 2025/26 mövsümü üçün PFL vəsiqəsinin surəti;
• Oyundan əvvəl və oyundan sonra keçiriləcək mətbuat konfranslarında iştirak edib-etməyəcəyi barədə məlumat (yerlər məhdud olduğundan, yalnız ilk müraciət edənlərin istəyi nəzərə alınacaq).

Hər KİV üçün 1, televiziya kanalları üçün isə 2 (1 müxbir və 1 operator) akkreditasiya nəzərdə tutulub.

Qeydiyyatdan keçmək istəyən şəxslərdən yuxarıda qeyd olunan məlumatları iyulun 19-u, saat 18:00-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsdiq e-poçtu almış şəxslər akkreditasiyadan keçmiş hesab olunacaqlar.
TÖVSİYƏ OLUNANLAR

KİV-in diqqətinə!

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “KuPS” oyunu

Təşəkkürlər, Noqeyra!

“Sabah” FK müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb. Braziliyalı futbolçu ilə mövsümün sonunda ba

KİV nümayəndələrinin diqqətinə!

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – TNS oyunu üç

"Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəllidir

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində 3 yoxlama oy