“Sabah” Misli Premyer Liqasının III turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşdı. Qəbələ şəhər stadionunda keçirilən oyun komandamızın minimal hesablı qələbəsi ilə nəticələndi. Matçdan sonra baş məşqçimiz Valdas Dambrauskas fikirlərini bildirib:
“Bu gün bizi necə bir oyunun gözlədiyini bilirdik, çünki avrokubok matçından sonra — bu qədər vacib qarşılaşma, bu qədər emosiya və əlavə vaxtdan sonra — asan olmayacağını anlayırdıq. Üstəlik, oyundan əvvəl yağan çox güclü yağış da matça təsir etdi. Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik, çünki həddindən artıq yağış yağmışdı. Amma ümumilikdə, komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım.
Hesab edirəm ki, birinci hissənin tamamında və ikinci hissənin böyük hissəsində üstünlük bizdə idi. Ardıcıl olaraq təhlükəli məqamlar yaradırdıq. Bəli, bəlkə hücumlarımızın son mərhələsində, xüsusən rəqibin cərimə meydançasında bir az kəsərlilik çatışmırdı. Lakin ümumilikdə daha yaxşı oynayan tərəf idik və bu qələbəyə layiq idik. Bəli, qol qapıçının səhvindən sonra bir az qəribə alındı, amma qol qoldur. Əgər qapını toxunulmaz saxlayıb qol vura bilirsinizsə, həmişə qalib gələcəksiniz. Oyunun sonlarında, xüsusən bu gün olduğu kimi 1:0 kimi kiçik üstünlüyünüz olduqda, rəqib nəsə etməyə çalışır və biz bir neçə səhvimizə görə cəzalandırıla bilərdik.
Bəxtimizdən bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. Amma yenə də inanıram ki, sərgilədiyimiz oyunla bu qələbəyə tam layiq idik. İndi ən vacibi yenidən Bakıya qayıdıb, növbəti oyuna hazırlaşmaqdır. Etməli olduğumuz şey yalnız növbəti oyuna fokuslanmaqdır — oyundan-oyuna. Şadam ki, bu gün yenə 3-4 mövqedə rotasiya etdik. Mövsümün əvvəlində çox şans qazanmayan oyunçulara bir az daha çox dəqiqə verdik. Deməli, hər şey plana uyğun getdi və indi irəli baxmaq, növbəti oyuna hazırlaşmaq vaxtıdır”.
“Sabah” Misli Premyer Liqasının III turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşdı. Qəbələ şəhər stadi
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Byer-Şeva” o
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Sabah” səfərdə “Hapoel Byer-Şeva” komanda
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə "Orhus"la qarşılaşacaq "