Baş məşqçimiz Dambrauskas və hücumçumuz Şafrankonun "Çelye" ilə oyunla bağlı fikirləri

SABAH
16 İyul 2025
Baş məşqçimiz Valdas Dambrauskas və hücumçumuz Pavol Şafranko "Çelye" ilə oyun öncəsi mətbuat konfransında sabahkı matçla bağlı fikirlərini bildiriblər. 

Valdas Dambrauskas: "Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, bu olduqca maraqlı qarşılaşma olacaq. Son oyunda bir qədər çətin vəziyyətə düşdük – son saniyələrdə qol buraxdıq və üstünlüyü əldən verdik. Amma inanıram ki, avrokuboklarda nəticəni bir yox, iki oyun müəyyən edir. Yəni mərhələni bir oyunla keçmək mümkün deyil.

Nə olursa olsun — hətta ilk oyun 2:2 başa çatsaydı belə sabahkı oyunu mütləq qazanmalıyıq. Rəqibi ciddi şəkildə təhlil etmişik. Son üç gündə çox yaxşı məşqlər keçdik, səfərimiz də yaxşı keçdi. Bu gün bir məşqimiz olacaq. İlk oyunda rəqibin etdiklərini və bizim hansı səhvlərə yol verdiyimizi dəfələrlə baxaraq analiz etmişik.

İndi isə Bakıda etdiyimiz səhvləri düzəltmək, inkişaf etmək və özümüzə inanmaq vaxtıdır. Bu vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq."

Pavol Şafranko: "Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq.

İndi isə bu son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik. Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100% gücümüzlə oynayacağıq."
TÖVSİYƏ OLUNANLAR

Baş məşqçimiz Dambrauskasın "Qəbələ" ilə oyunla bağlı fikirləri

Baş məşqçimiz Valdas Dambrauskas Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cava

Təşəkkürlər, Rüstəm Samiqullin və Camal Cəfərov!

“Sabah” FK qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla yollarını ayırıb. Hər iki futbolçuya

Təşəkkürlər, Anatoli Nuriyev!

"Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılı

Valdas Dambrauskasın “Sabah” – “Qəbələ” oyun sonrası mətbuat konfransı

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib. “Sabah” bu mərhələnin ilk oyununda e