Baş məşqçimiz Valdas Dambrauskasın “Petrokub” - “Sabah” oyunu ilə bağlı fikirləri

SABAH
24 İyul 2025
Komandamız sabah UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə Moldovanın “Petrokub” klubu ilə qarşılaşacaq. Baş məşqçimiz Valdas Dambrauskas sabahkı oyunla bağlı fikirlərini bildirib:

“Bizi çox maraqlı oyun gözləyir. Rəqibin necə oynadığını təhlil etmişik, son oyunlarını izləmişik. Çox maraqlı komandadır, daha çox müdafiəyə meylli oynayırlar. Oyunçular çox kompaktdır, meydanda nə edəcəklərini bilirlər. Məncə, evdə və səfərdə bir qədər fərqli oyun sərgiləyirlər. Evdə daha çox pressinq edirlər, meydanın hər yerində rəqiblə birə-bir oynamağa çalışırlar. Səfərdə isə taktiki yanaşmaları bir az fərqlidir. Avrokuboklarda favorit olmur, burada həmişə bütün gücünlə mübarizə aparmalısan, hər an oyunun taleyini həll edə bilər.

Əlbəttə, biz bura sadəcə oynamağa gəlməmişik. Məncə, "Sabah" artıq elə bir səviyyəyə çatmalıdır ki, harada oynamasından asılı olmayaraq hər oyuna qalibiyyət üçün çıxsın. Biz də bunu etməyə çalışacağıq.

"Çelye" ilə keçirdiyimiz iki oyun bizə oyunumuzu anlamaq, səhvlərimizi dərk etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox şey qazandırdı. Avropa futbolunda həmişə olduğu kimi, nəticəni xırda detallar həll edir. Meydana çıxırsan və döyüşürsən, amma sonda kiçik məqamlar, köklənmə oyunun taleyini müəyyən edir. Ümid edirəm ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”.

“Petrokub” – “Sabah” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matç Kişinyovda, “Zimbru” stadionunda baş tutacaq.
TÖVSİYƏ OLUNANLAR

Baş məşqçimiz Dambrauskasın "Qəbələ" ilə oyunla bağlı fikirləri

Baş məşqçimiz Valdas Dambrauskas Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cava

Təşəkkürlər, Rüstəm Samiqullin və Camal Cəfərov!

“Sabah” FK qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla yollarını ayırıb. Hər iki futbolçuya

Təşəkkürlər, Anatoli Nuriyev!

"Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılı

Valdas Dambrauskasın “Sabah” – “Qəbələ” oyun sonrası mətbuat konfransı

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib. “Sabah” bu mərhələnin ilk oyununda e