Valdas Dambrauskas: "Taktiki baxımdan çox maraqlı oyun oldu"

SABAH
07 Avqust 2025
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" ilə qarşılaşıb (0:2). Oyundan sonra baş məşqçimiz Valdas Dambrauskas fikirlərini bildirib: 

"Düşünürəm ki, taktiki baxımdan çox maraqlı oyun oldu. Biz bu oyuna planla gəlmişdik. Məğlub olmağımıza baxmayaraq, bu gün futbolçularımı yalnız tərifləyə bilərəm. Onlarla fəxr edirəm.

Düşünürəm ki, uzun müddət "Levski"yə qarşı yaxşı mübarizə apardıq. Rəqib səviyyəli komandadır, amma ilk hissədə bizim daha çox nəzarətimiz olan anlar var idi və hiss edirdim ki, bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik.

İkinci hissədə isə, əlbəttə, rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik və elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və "Levski" üstünlük qazandı.

Amma bundan sonra biz də öz həll yollarımızı tapdıq və oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm. Və əlbəttə, stadiondakı atmosfer – bu gün orada möhtəşəm atmosfer var idi – bu, ev sahibi komanda üçün böyük üstünlük idi. Düşünürəm ki, əgər stadionda bu atmosfer olmasaydı, fərqli nəticə ola bilərdi.

İkinci hissədə bizim iki çox yaxşı qol imkanımız oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Amma bu sadəcə ilk oyundur. 90 dəqiqə geridə qaldı və indi "Levski"ni gələn həftə Bakıda qarşılayacağıq".

Qeyd edək ki, "Sabah" və "Levski" arasında cavab oyunu avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena "da keçiriləcək. 
TÖVSİYƏ OLUNANLAR

Baş məşqçimiz Dambrauskasın "Qəbələ" ilə oyunla bağlı fikirləri

Baş məşqçimiz Valdas Dambrauskas Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cava

Təşəkkürlər, Rüstəm Samiqullin və Camal Cəfərov!

“Sabah” FK qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla yollarını ayırıb. Hər iki futbolçuya

Təşəkkürlər, Anatoli Nuriyev!

"Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılı

Valdas Dambrauskasın “Sabah” – “Qəbələ” oyun sonrası mətbuat konfransı

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib. “Sabah” bu mərhələnin ilk oyununda e