Təşəkkürlər, Boyan Letiç!

SABAH
05 Yanvar 2026
“Sabah” FK müdafiəçi Boyan Letiçlə yollarını ayırıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandamızın heyətində ümumilikdə 125 oyun keçirib. Letiç “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandamızın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub. 

Boyan Letiçə klubumuza xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.
TÖVSİYƏ OLUNANLAR

“GolfCar Azərbaycan” ilə əməkdaşlıq müqaviləsi imzalandı

“Sabah” FK ilə “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Əməkdaşlıq çərçivəsində

Çempionlar Liqasındakı ilk ev oyunumuz üçün biletlər satışdadır!

UEFA Çempionlar Liqasının liqa mərhələsində ilk ev oyununda “Sabah” Bakı Olimpiya Stadionunda “Slavi

Çempionlar Liqasının dörd ev oyunu üçün 104 620 bilet satılıb

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikd

Bir biletlə 4 böyük oyun!

UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyimiz dörd ev oyunu üç