Akademiyamızın Qusar seçmələri başa çatdı

SABAH
01 İyun 2026
“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəyi ilə keçirilən növbəti seçmələr Qusar rayonundakı “Metak Arena”da, 2011–2015-ci il təvəllüdlü uşaqlar arasında təşkil olunub.

30-31 may tarixlərində baş tutan seleksiya məşqlərində 700-ə yaxın uşaq iştirak edib. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən seçmələrin nəticələrinə əsasən, 35 uşaq Bakıda təşkil olunacaq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, akademiyamız bundan əvvəl Zaqatala rayonunda da seçmələr həyata keçirib.
TÖVSİYƏ OLUNANLAR

Akademiyamızda maarifləndirici tədbir keçirilib

Noyabrın 6-da “Vətən” İdman Liseyinin binasında “Sabah” Futbol Akademiyasının 14–15 yaşlı futbolçula

Akademiyamızda maarifləndirici tədbir keçirilib

“Sabah” Futbol Akademiyasının U-17 komandası üçün ətraf mühitin mühafizəsi və ekoloji məsuliyyət möv

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy