Təşəkkürlər, kapitan!

SABAH
04 İyun 2026
Uzun illər “Sabah”ın uğurları üçün çalışmış, komandamızın kapitanı Amin Seydiyevlə yollarımız ayrılıb. 27 yaşlı müdafiəçinin müqavilə müddəti mövsümün sonunda başa çatıb. 

Amin klubumuzun tarixində iz qoymuş futbolçulardan biridir. 2020-ci ildən etibarən “Sabah” ailəsinin üzvü olan Seydiyev, bu müddət ərzində 186 oyunda forma geyinib, 7 qola imza atıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur. 

“Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin, peşəkarlığı və komandaya bağlılığı ilə klubumuzun unudulmaz simalarından birinə çevrilib.

Amin Seydiyevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq. 

Hər şey üçün təşəkkürlər, kapitan!
TÖVSİYƏ OLUNANLAR

Çempionlar Liqasındakı ilk ev oyunumuz üçün biletlər satışdadır!

UEFA Çempionlar Liqasının liqa mərhələsində ilk ev oyununda “Sabah” Bakı Olimpiya Stadionunda “Slavi

Çempionlar Liqasının dörd ev oyunu üçün 104 620 bilet satılıb

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikd

Bir biletlə 4 böyük oyun!

UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyimiz dörd ev oyunu üç

10 futbolçumuz milli komandalara dəvət alıb!

“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R