UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – TNS oyunu üçün akkreditasiya üçün qeydiyyat başlanılıb.
Qeydiyyat üçün aşağıdakı məlumatlar tələb olunur:
• Qeydiyyatdan keçən şəxsin adı və soyadı;
• Təmsil etdiyi KİV-in adı;
• Vəzifəsi;
• 2025/26 mövsümü üçün PFL vəsiqəsinin surəti;
• Oyundan əvvəl və oyundan sonra keçiriləcək mətbuat konfranslarında iştirak edib-etməyəcəyi barədə məlumat (yerlər məhdud olduğundan, yalnız ilk müraciət edənlərin istəyi nəzərə alınacaq).
Hər KİV üçün 1, televiziya kanalları üçün isə 2 (1 müxbir və 1 operator) akkreditasiya nəzərdə tutulub.
Qeydiyyatdan keçmək istəyən şəxslərdən yuxarıda qeyd olunan məlumatları iyulun 5-i, saat 18:00-dək
[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsdiq e-poçtu almış şəxslər akkreditasiyadan keçmiş hesab olunacaqlar.