"Sabah" Ukraynanın "Polissiya" komandası ilə qarşılaşdı

SABAH
02 İyul 2026
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Komandamız Ukraynanın "Polissiya" klubu ilə qarşılaşıb. 

Matç rəqibin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın yeganə qoluna Velko Simiç imza atıb. 
Baş məşqçimiz Valdas Dambrauskas oyunda aşağıdakı start heyətinə şans verib:

Stas Pokatilov, Umarali Raxmonaliyev, Aleksey İsayev, İvan Lepinitsa, Stov Solvet, Junior Almeyda, Aaron Maluda, Patrik Orfe Mbina, Velko Simiç, Timoteuş Puxaç. 

Sonradan meydana daxil olanlar: Rəhman Daşdəmirov, Coy-Lens Mikels, Yunes Laşaab, Rauf Rüstəmli, Cafet Dunqus, Eyden Makkarti, Cəfər Muxtarov, Kahim Parris, Abdulla Xaybulayev. 

"Sabah" Avstriya toplanışı çərçivəsində daha öncə Rumıniyanın "Universitatya Krayova" və Macarıstanın "Ferentsvaroş" komandaları ilə qarşılaşmışdı. Hər iki matç 1:1 hesablı bərabərliklə başa çatmışdı. 
TÖVSİYƏ OLUNANLAR

Azərbaycan Kuboku: Rəqibimiz bəlli oldu

“Sabah”ın Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki rəqibi bəlli olub. Komandamız bu mərhələdə “

"Sabah" - "Borussiya Dortmund" oyununun video icmalı

UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyunlar keçirilib. "Sabah" evdə "Borussiya Dortm

"Sabah" - "Borussiya": Oyun sonrası mətbuat konfransı

"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Komandamız evdə "Borussiya" (Dortmund) il

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!

“Sabah” UEFA Çempionlar Liqasında tarixinin yeni səhifəsini yazıb. Komandamız turnirin liqa mərhələs