Baş məşqçimiz Vasili Berezutskinin “Sumqayıt”la oyun sonrası mətbuat konfransı

SABAH
27 Fevral 2025
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. “Sabah” bu mərhələnin cavab oyununda səfərdə “Sumqayıt”la qarşılaşıb. 4:0 hesabıyla qalib gələn “Sabah” (ilk oyun 0:0 nəticələnmişdi) yarımfinala vəsiqə qazanıb. Matçdan sonra baş məşqçimiz Vasili Berezutski mətbuat konfransında fikirlərini bildirib:

“Kubok oyunları asan olmur, həmişə çətin keçir. İlk oyunumuz 0:0 bitmişdi. Bu gün biz “Sumqayıt”la əvvəlki 2 oyunda vura bilmədiyimiz bütün qolları vurduq. Futbolçulara növbəti mərhələyə vəsiqə qazandıqlarına görə afərin düşür. Hamını qələbə münasibətilə təbrik edirəm”.

Mətbuat konfransının tam versiyası ilə “Youtube” kanalımızda tanış ola bilərsiniz:


TÖVSİYƏ OLUNANLAR

Mikels daha 2 il bizimlə!

“Sabah” FK Coy-Lens Mikelslə yeni müqavilə imzalayıb. Futbolçu ilə bağlanmış yeni müqavilənin müddət

Stas Pokatilovla yeni müqavilə imzalandı!

“Sabah” FK qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb. Qazaxıstanlı qolkiperlə yeni müqavilənin

Təşəkkürlər, Nicat Mehbalıyev!

“Sabah” qapıçı Nicat Mehbalıyevlə yollarını ayırıb. 26 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan

"Sabah" FK-nın 5 futbolçusu milli komandamızda!

Azərbaycan millisinin heyəti açıqlanıb. "Sabah" FK-nın futbolçuları - Rəhman Daşdəmirov, Aleksey İsa