“Sabah”ın komandaları “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı

SABAH
17 Aprel 2025

Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib. “Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər.


Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib.  Komandamızın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.


Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Komandamızın qolunu Ayxan İbadov vurub. 



"Sabah" və "Mançester Siti"nin U-13 komandaları



"Sabah" və "Rayo Valyekano"nun U-15 komandaları 

TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g