"Sabah-2" və U-19-dan inamlı qələbə!

SABAH
11 May 2025
Əvəzedicilərin çempionatında və Gənclər Liqasında növbəti oyunlar keçirilib. 

Gənclər Liqasında mübarizə aparan "Sabah"ın U-19 komandası səfərdə "Sumqayıt"la qarşılaşıb. Matç komandamızın 5:3 hesablı qələbəsi ilə nəticələnib. Bütün qollarımıza Stefen Ende imza atıb (5). "Sabah" 83 xalla Gənclər Liqasında ilk pillədə yer alıb. 

"Sabah-2" isə Əvəzedicilərin çempionatında evdə "Şamaxı-2" ilə qarşılaşıb. Matçın 2-ci dəqiqəsində qapıçı Rəvan Mirzəmmədovun qırmızı vərəqə alması ilə meydanda azlıqda qalan komandamız sonda meydandan 4:2 hesablı qələbə ilə ayrılıb. Komandamızın heyətində Nihad Cabbarov, Şakir Seyidov və Ramil Nurəhmədov (2) fərqləniblər. 34 turdan sonra hesabında 67 xal olan "Sabah-2" turnir cədvəlində birinci pillədə qərarlaşıb. 
TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g