Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirində qrup mərhələsi başa çatıb.
"Sabah"ın U-10 komandası qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, yalnız Rusiyanın "Nefteximik" komandasına 1:2 hesabı ilə məğlub olub.
Komandamız qrup mərhələsini birinci sırada tamamlayaraq turnirin həlledici oyununa vəsiqə qazanıb.
Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv sabah finalda Rusiyanın "Rubin" komandası ilə üz-üzə gələcək.
“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201
“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand
U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g