Qızlardan ibarət U-17 komandamız təltif edildi

SABAH
26 May 2025
AFFA U-17 Qızlar Liqasında 2024-2025-ci illər mövsümünə yekun vurulub. “Sabah” mövsümün son oyununda “Mingəçevir”lə qarşılaşıb. “ASK Arena”da keçirilən matç komandamızın 8:0 hesablı qələbəsi ilə nəticələnib. “Sabah” liqanı 36 xalla çempion kimi başa vurub. 

Oyundan sonra komandamız qızıl medallarla və çempionluq kuboku ilə təltif edilib. Komandamızın futbolçusu Aysu Əsədovaya isə mövsümün ən yaxşı oyunçusu mükafatı verilib. 

Qeyd edək ki, Mehdi İbrahimovun baş məşqçisi olduğu qızlardan ibarət U-17 komandamız ötən mövsüm də çempionatı qızıl medallarla başa vurmuşdu.
TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g