“Sabah”ın U-12 komandasından Türkiyədə 2 qələbə

SABAH
30 May 2025

Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq futbol turnirinə start verilib. “Sabah”ın U-12 komandası turnirdə ilk oyunlarını keçirib. İlk matçda komandamız yerli “Rizespor”la qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində Səhlab Məmmədov fərqlənib.

“Sabah” növbəti qarşılaşmasında “Başakşehir”i 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolumuzu Arda Fərəmuzov vurub.  


Baş məşqçi Emin Salmanovun çalışdırdığı kollektiv üçüncü oyunda “Qaziantep”lə qarşılaşıb. Komandamız bu matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Matçda hər üç qolumuza Arda Fərəmuzov imza atıb.


Üç oyundan sonra komandamızın hesabında altı xal var.  
 

TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g