“Sabah”ın U-10 komandası Avstriyanın paytaxtı Vyanada beynəlxalq futbol turnirində iştirak edib. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu kollektiv qrup mərhələsində Kosovonun “Liria” (6:0), Avstriyanın “Yunion Mauer” (4:1), “Breytenfurt” (3:0) komandalarını məğlub edib, Portuqaliyanın “Sportinq” (0:1), Avstriyanın “Petronell” (3:4) və “Admira Vakker” (0:4) komandalarına uduzub. Komandamız qrup mərhələsini 7 komanda arasında 4-cü sırada yekunlaşdırıb.
Pley-off
mərhələsində “Sabah” turnirdə ölkəmizin digər təmsilçisi – “Qarabağ”la
qarşılaşıb. Qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında rəqib
qalib gəlib. Komandamız pley-off mərhələsinin digər oyunlarında Avstriya təmsilçiləri
“Berndorf” (1:0) və “Vyanar Sportklub” (5:0) komandalarına qalib gəlib, “Elektra”ya
məğlub olub (0:1).
“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201
“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand
U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g