“Sabah”
Misli Premyer Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Komandamız
çempionatın 2-ci turu çərçivəsində səfərdə “Şamaxı” ilə qarşılaşıb. Şamaxı şəhər
stadionunda keçirilən oyun “Sabah”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Baş
məşqçimiz Valdas Dambrauskas oyundan sonra matçla bağlı fikirlərini bildirib:
"Sabah" ailəsini, rəhbərliyini, uzaq səfərə gəlmiş azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Bu gün çox çətin rəqiblə qarşılaşacağımızı bilirdik. Gözlədiyimiz kimi də oldu. Onu deyim ki, bura gələn rəqiblər yaxşı təşkil olunmuş bir komanda görəcəklər. "Şamaxı" xüsusilə arxa xətdə çox diqqətli oynayır. Ona görə, burada qalib gəlmək üçün meydanda maksimumunu qoymalısan. Oyuna çox yaxşı başladıq. Bu qolu həftə ərzində məşqlərdə çox işləmişdik. İlk hissədə başqa qol imkanlarımız da oldu, amma istifadə edə bilmədik. İkinci hissədə rəqib baxımlı qol vurdu. Lakin buraxdığımız qoldan sonra bizim oyunçuların reaksiyası mənim çox xoşuma gəldi. Yeni futbolçuların da meydana çıxması ilə komandaya yeni güc gəldi. Bizə lazım olan qolu vurub, vacib qələbə qazandıq. Artıq bu oyunu unutmalıyıq. Sabahdan etibarən növbəti oyunun hazırlıqlarına başlayırıq".
Qeyd edək ki, Misli Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilməli olan “Sabah” – “Qarabağ” oyunu “Qarabağ”ın avrokuboklarda iştirakı ilə bağlı təxirə salınmışdı.
“Sabah” yarandığı ildən tarixinin ən uğurlu mövsümünü yaşayır. Klubumuz bu mövsümdə əsas komanda səv
"Sabah" Misli Premyer Liqasında 2025/26 mövsümünün son ev oyununda "Neftçi"ni qəbul edəcək.Bu qarşı
Misli Premyer Liqasının XXXII turunda evdə “Kəpəz" ilə qarşılaşan “Sabah” oyunu 0:1 hesabı ilə başa
Misli Premyer Liqasının XXX turunda "Şamaxı"nın qonağı olan "Sabah" matçdan 3:0 hesablı qələbə ilə a