U-19 komandamızın baş məşqçisi Adino Mustedanaqiç püşkü dəyərləndirdi

SABAH
02 Sentyabr 2025

UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Püşkün nəticəsinə əsasən, komandamız bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq. U-19 komandamızın baş məşqçisi Adino Mustedanaqiç püşkün nəticəsini dəyərləndirib:  

“Bizə mümkün rəqiblər arasında ən çətini düşdü. Fransa futbol məktəbi bütün dünyada yaxşı tanınır. “Nant” Fransanın məşhur akademiyalarından biri hesab edilir, iki il əvvəl Gənclər Liqasının yarımfinalçısı olublar. Buna baxmayaraq, rəqibdən çəkinmirik və Azərbaycan futbolunu ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. “Nant”la görüşləri səbirsizliklə gözləyirik. Bu oyunların futbolçularımız üçün böyük bir təcrübə olacağını düşünürəm”.

TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g