U-10 komandamız Avstriyada ikinci oldu

SABAH
02 Sentyabr 2025
“Sabah”ın U-10 komandası Avstriyanın Trayskirxen şəhərində keçirilən “Eurocup Trophy 2025” beynəlxalq futbol turnirində iştirak edib. 
Turnir 2 günü əhatə edib. İlk gündə keçirilən turnirdə komandamız Avstriyanın “Soccer School Wien” (2:1), “FCM Traiskirchen” (3:1), Serbiyanın “Fortuna Pancevo A” (3:1), Almaniyanın “SC Theresienfield” (5:0) komandalarını məğlub edib. Həlledici görüşdə “FCM Traiskirchen”ə məğlub olan (2:3) “Sabah” turnirin ilk gününü ikinci pillədə başa vurub. 

Aydın Manaflının baş məşqçisi olduğu komanda növbəti gün keçirdikləri oyunlarda Avstriyanın “Soccer School Wien” (2:1), “Inzersdorf” (7:0), Serbiyanın “Fortuna Pancevo A” (4:1) və “Fortuna Pancevo B” (4:0) komandalarını məğlub edib. Final oyununda yenidən “Fortuna Pancevo A” ilə qarşılaşan “Sabah” 1:2 hesabıyla məğlub olaraq, yekun nəticədə ikinci yeri tutub.
TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g