Əvəzedicilərin çempionatında 5-ci tura start
verilib. “Sabah-2” bu turda evdə “Qəbələ-2” ilə qarşılaşıb. “ASCO Arena”da
keçirilən görüş komandamızın böyük hesablı qələbəsi ilə nəticələnib – 3:0. Komandamızın
qollarını Şahin İbrahimov və Ramil Nuraxmedov vurublar. Oyunda bir avtoqol
qeydə alınıb.
Əvəzedici komandamızın baş məşqçisi Adino Mustedanaqiç
qarşılaşmada aşağıdakı heyətə şans verib:
94. Rəvan Mirzəmmədov, 23. Camal Cəfərov (k), 77.
Nihat Cabbarov, 97. Ramil Nuraxmedov (49. Ramin Əvəzov, 86), 93. Səbuhi
Qurbanov (54. Surxay Nəbiyev, 90+1), 74. Həmzəalı Mikayılov (25. Hüseyn
Məmmədzadə, 90+1), 78. Cavid Məmmədli (89. Cəfər Muxtarov, 86), 91. İlkin
Cəfərli (71. Əli Əlizadə, 75), 24. Emil Əmirov, 35. Cafet Bulus, 95. Şahin
İbrahimov.
Hazırda hesabında 10 xal olan “Sabah-2” turnir
cədvəlində birinci sırada qərarlaşıb.
“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201
“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand
U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g