“Sabah” Futbol Akademiyasında yeni təyinat!

SABAH
29 Sentyabr 2025
“Sabah” Futbol Akademiyasında yeni təyinat gerçəkləşib. Gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyamızın koordinatoru təyin edilib. 

UEFA-nın Pro lisenziyasına malik mütəxəssis karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-2017, 2022-2025) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tbilisi, 2012-2015) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-2021) akademiyasında koordinator, İngiltərənin “London Tigers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb. 

43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb. 

Qeyd edək ki, futbol akademiyamızın əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda “Sabah”ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.
TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g