Misli Premyer Liqasında XIII tura yekun vurulub. “Sabah” bu turda evdə “Kəpəz”lə bərabərə qalıb – 2:2. Baş məşqçimiz Krunoslav Renduliç oyundan sonra mətbuat konfransında fikirlərini bildirib:
“Oyuna böyük səhvlə başladıq və bunun da nəticəsində qapımızda qol gördük. Bundan sonra oyuna qayıtmaq bir qədər çətin idi. Amma bundan qısa müddət sonra komanda olaraq toparlandıq və matçda üstünlüyü ələ aldıq. Vurduğumuz ilk qolda bir qədər bəxtimiz gətirdi. Amma bu qol bizim üstünlüyümüzün nəticəsi idi. Futbolda hərdən belə də olur. İkinci hissədə də biz rəqibə nisbətən daha yaxşı idik. Bizim yüzfaizli iki fürsətimiz oldu, üçüncü qolu vuraraq oyunun taleyini həll etməliydik. Təəssüf ki, bunu edə bilmədik, əvəzində qol buraxaraq xal itirdik”.
“Sabah” yarandığı ildən tarixinin ən uğurlu mövsümünü yaşayır. Klubumuz bu mövsümdə əsas komanda səv
"Sabah" Misli Premyer Liqasında 2025/26 mövsümünün son ev oyununda "Neftçi"ni qəbul edəcək.Bu qarşı
Misli Premyer Liqasının XXXII turunda evdə “Kəpəz" ilə qarşılaşan “Sabah” oyunu 0:1 hesabı ilə başa
Misli Premyer Liqasının XXX turunda "Şamaxı"nın qonağı olan "Sabah" matçdan 3:0 hesablı qələbə ilə a