U-19 komandamızın baş məşqçisi Adino Mustedanaqiçin “Nant”la oyunla bağlı fikirləri

SABAH
06 Noyabr 2025

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununu keçirib. Gənclərimiz evdə Fransanın “Nant” komandası ilə qarşılaşıb (1:2). Oyundan sonra U-19 komandamızın baş məşqçisi Adino Mustedanaqiç fikirlərini bildirib:

“İlk oyunda bir neçə fərdi səhvə yol vermişdik. Yekun hesabda bu amillərin də rolu olmuşdu. Cavab matçına hazırlıq zamanı ilk görüşdə yol verdiyimiz səhvlərin üzərində çalışmışdıq. Üstəlik, bu dəfə artıq rəqibi daha yaxşı tanıyırdıq. “Nant”ın heyətində fərdi keyfiyyətləri çox yüksək olan futbolçular var. Üstəlik, rəqibin bu cür oyunlar baxımından kifayət qədər təcrübəsi var idi. Rəqib il ərzində bu səviyyədə onlarla oyun keçirir. Bu matçda 5 nəfər 2009-cu il təvəllüdlü futbolçuya şans verdik. “Nant”la oyun həm qeyd etdiyim gənclər, həm də digər oyunçularımız üçün əvəzsiz təcrübə oldu.


Oyuna gəldikdə isə qeyd etməliyəm ki, aradakı təcrübə fərqinə rəğmən komandamız yaxşı mübarizə apardı. Yaxşı imkanlarımız da oldu, lakin təəssüf ki, bu imkanların yalnız birini qola çevirə bildik. “Nant” hər iki qolu penaltidən vurdu. Lakin bu epizodlardan birində komandamızın üzvü topa oynamışdı, ikinci epizodda isə qayda pozuntusundan öncə rəqib futbolçu topa əllə toxunmuşdu. İstənilən halda, qərar artıq verilib, dəyişəcək bir şey yoxdur. İndi bu oyunlarda əldə etdiyimiz təcrübəni dəyərləndirməli və gələcək oyunlarımıza köklənməliyik”. 

TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g