“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Antalya City Friendship Cup” beynəlxalq futbol turnirində iştirak edib.
Nasir Nəsirlinin baş məşqçisi olduğu komandamız turnir çərçivəsində
qrup mərhələsində Türkiyənin “Manavqat” (4:0), “TSI Academy” (7:1) və İngiltərəni təmsil edən “Göztepe”
(6:1) komandalarını məğlub edib. U-14 yarımfinalda meydan sahibi ölkənin “Kardelenspor”
(5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı
təmsil edən “Young Pro” komandasına qalib gələn (3:0) “Sabah” turniri çempion
kimi başa vurub.
Antalya City Friendship Cup
Qrup mərhələsi
Sabah – Manavqat 4:0
Qollar: Yusif Ağayev, Əli Hüseynli, Elman Tahirov, Tofiq Zaidov.
TSI Academy – Sabah 1:7
Qollar: Əli.Hüseynli (2), Yusif Ağayev, Eldar Hüseynov, Artyom Solovyov, Çingiz
Müslümov, Tofiq Zaidov.
Sabah – Göztepe 6:1
Qollar: Yusif Ağayev (2), Elman Tahirov, Hüseyn Musayev, Tofiq Zaidov, Eldar
Hüseynov.
Yarımfinal
Kardelenspor – Sabah 1:5
Qollar: Amal Şıxkərimzadə, Yusif Ağayev (2), Elman Tahirov, İhsan Mehrəliyev.
Final
Sabah – Young Pro 3:0
Qollar: Yusif Ağayev (2), Əli Səfərov.
“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Antalya City Friendship Cup” beynə
AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “
AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “
“Sabah”ın U-13 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirində çıxışını başa vurub.