"Sabah" - "Hapoel Byer-Şeva" oyununa media üçün akkreditasiya başlandı

SABAH
19 Avqust 2026

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Byer-Şeva” oyunu üçün akkreditasiya üçün qeydiyyat başlanılıb. 

 

Qeydiyyat üçün aşağıdakı məlumatlar tələb olunur: 

 

* Qeydiyyatdan keçən şəxsin adı və soyadı; 

* Təmsil etdiyi KİV-in adı; 

* Vəzifəsi; 

* 2026/27 mövsümü üçün PFL vəsiqəsinin surəti; 

* Oyundan əvvəl və oyundan sonra keçiriləcək mətbuat konfranslarında iştirak edib-etməyəcəyi barədə məlumat (yerlər məhdud olduğundan, yalnız ilk müraciət edənlərin istəyi nəzərə alınacaq). 

 

Hər KİV üçün 1, televiziya kanalları üçün isə 2 (1 müxbir və 1 operator) akkreditasiya nəzərdə tutulub.

 

Qeydiyyatdan keçmək istəyən şəxslərdən yuxarıda qeyd olunan məlumatları avqustun 22-i, saat 18:00-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Təsdiq e-poçtu almış şəxslər akkreditasiyadan keçmiş hesab olunacaqlar.

TÖVSİYƏ OLUNANLAR

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!

“Sabah” UEFA Çempionlar Liqasında tarixinin yeni səhifəsini yazıb. Komandamız turnirin liqa mərhələs

“Komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım” – Dambrauskas

“Sabah” Misli Premyer Liqasının III turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşdı. Qəbələ şəhər stadi

"Sabah" - "Hapoel Byer-Şeva" oyununa media üçün akkreditasiya başlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Byer-Şeva” o

UEFA Çempionlar Liqası: Valdas Dambrauskas və Timoteuş Puxaçın mətbuat konfransı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Sabah” səfərdə “Hapoel Byer-Şeva” komanda