“Sabah”ın komandaları “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı

SABAH
17 Aprel 2025

Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib. “Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər.


Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib.  Komandamızın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.


Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Komandamızın qolunu Ayxan İbadov vurub. 



"Sabah" və "Mançester Siti"nin U-13 komandaları



"Sabah" və "Rayo Valyekano"nun U-15 komandaları 

TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın komandalarından 8 qələbə!

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar baş tutub. “

Akademiyamızın komandaları növbəti oyunlarını keçirdilər

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlar keçirilib. “Sabah” Futbol Akademiyas

U-14 komandamız Antalyada çempion oldu!

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Antalya City Friendship Cup” beynə

Akademiyamızın komandalarından 10 qələbə!

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “