"Sabah-2" və U-19-dan inamlı qələbə!

SABAH
11 May 2025
Əvəzedicilərin çempionatında və Gənclər Liqasında növbəti oyunlar keçirilib. 

Gənclər Liqasında mübarizə aparan "Sabah"ın U-19 komandası səfərdə "Sumqayıt"la qarşılaşıb. Matç komandamızın 5:3 hesablı qələbəsi ilə nəticələnib. Bütün qollarımıza Stefen Ende imza atıb (5). "Sabah" 83 xalla Gənclər Liqasında ilk pillədə yer alıb. 

"Sabah-2" isə Əvəzedicilərin çempionatında evdə "Şamaxı-2" ilə qarşılaşıb. Matçın 2-ci dəqiqəsində qapıçı Rəvan Mirzəmmədovun qırmızı vərəqə alması ilə meydanda azlıqda qalan komandamız sonda meydandan 4:2 hesablı qələbə ilə ayrılıb. Komandamızın heyətində Nihad Cabbarov, Şakir Seyidov və Ramil Nurəhmədov (2) fərqləniblər. 34 turdan sonra hesabında 67 xal olan "Sabah-2" turnir cədvəlində birinci pillədə qərarlaşıb. 
TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın komandaları növbəti oyunlarını keçirdilər

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “

U-13 komandamız Gürcüstanda ikinci oldu

“Sabah”ın U-13 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirində çıxışını başa vurub.

Akademiyamızın komandalarından 10 qələbə!

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “

“Sabah”ın U-14 komandası Gürcüstanda çempion oldu!

“Sabah”ın U-14 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirində iştirak edib. Nasir