“Sabah”ın U-11 komandası Gürcüstanda 5-ci yeri tutdu

SABAH
12 İyun 2025
“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” beynəlxalq futbol turnirində iştirak edib.

 Arslan Quliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batusi” (3:1) komandaları ilə qarşılaşıb. Qrup mərhələsini 2-ci pillədə başa vuran “Sabah” 1/4 finalda “Kobuleti” ilə qolsuz heç-heçədən sonra penalti seriyasında məğlub olub.

 Komandamız 5–8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti”yə (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək turniri 5-ci pillədə başa vurub.
TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g