“Sabah” U-10 Avstriyada keçirilən beynəlxalq turnirdə iştirak etdi

SABAH
25 İyun 2025

“Sabah”ın U-10 komandası Avstriyanın paytaxtı Vyanada beynəlxalq futbol turnirində iştirak edib. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu kollektiv qrup mərhələsində Kosovonun “Liria” (6:0), Avstriyanın “Yunion Mauer” (4:1), “Breytenfurt” (3:0) komandalarını məğlub edib, Portuqaliyanın “Sportinq” (0:1), Avstriyanın “Petronell” (3:4) və “Admira Vakker” (0:4) komandalarına uduzub. Komandamız qrup mərhələsini 7 komanda arasında 4-cü sırada yekunlaşdırıb.


Pley-off mərhələsində “Sabah” turnirdə ölkəmizin digər təmsilçisi – “Qarabağ”la qarşılaşıb. Qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında rəqib qalib gəlib. Komandamız pley-off mərhələsinin digər oyunlarında Avstriya təmsilçiləri “Berndorf” (1:0) və “Vyanar Sportklub” (5:0) komandalarına qalib gəlib, “Elektra”ya məğlub olub (0:1).


“Sabah” 64 komandanın yarışdığı turniri 27-ci sırada başa vurub.   
TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g