Baş məşqçimiz Valdas Dambrauskasın "Şamaxı" ilə oyunla bağlı fikirləri

SABAH
24 Avqust 2025

“Sabah” Misli Premyer Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Komandamız çempionatın 2-ci turu çərçivəsində səfərdə “Şamaxı” ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən oyun “Sabah”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçimiz Valdas Dambrauskas oyundan sonra matçla bağlı fikirlərini bildirib:

"Sabah" ailəsini, rəhbərliyini, uzaq səfərə gəlmiş azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Bu gün çox çətin rəqiblə qarşılaşacağımızı bilirdik. Gözlədiyimiz kimi də oldu. Onu deyim ki, bura gələn rəqiblər yaxşı təşkil olunmuş bir komanda görəcəklər. "Şamaxı" xüsusilə arxa xətdə çox diqqətli oynayır. Ona görə, burada qalib gəlmək üçün meydanda maksimumunu qoymalısan. Oyuna çox yaxşı başladıq. Bu qolu həftə ərzində məşqlərdə çox işləmişdik. İlk hissədə başqa qol imkanlarımız da oldu, amma istifadə edə bilmədik. İkinci hissədə rəqib baxımlı qol vurdu. Lakin buraxdığımız qoldan sonra bizim oyunçuların reaksiyası mənim çox xoşuma gəldi. Yeni futbolçuların da meydana çıxması ilə komandaya yeni güc gəldi. Bizə lazım olan qolu vurub, vacib qələbə qazandıq. Artıq bu oyunu unutmalıyıq. Sabahdan etibarən növbəti oyunun hazırlıqlarına başlayırıq".

Qeyd edək ki, Misli Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilməli olan “Sabah” – “Qarabağ” oyunu “Qarabağ”ın avrokuboklarda iştirakı ilə bağlı təxirə salınmışdı. 

TÖVSİYƏ OLUNANLAR

Baş məşqçimiz Valdas Dambrauskasın "Sabah" - "Qarabağ" oyun sonrası mətbuat konfransı

Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. "Sabah" bu mərhələnin cavab oyunund

Baş məşqçimiz Valdas Dambrauskasın "Qarabağ"la oyun sonrası mətbuat konfransı

Misli Premyer Liqasının XXVIII turunda "Qarabağ"ın qonağı olan "Sabah" matçdan 1:0 hesablı qələbə il

Baş məşqçimiz Valdas Dambrauskasın “Zirə” ilə oyunla bağlı fikirləri

Misli Premyer Liqasının XXVII turunda evdə “Zirə" ilə qarşılaşan “Sabah” oyunu 2:2 hesablı heç-heçə

Baş məşqçimiz Valdas Dambrauskasın "Araz-Naxçıvan"la oyun sonrası mətbuat konfransı

Misli Premyer Liqasının XXVI turunda "Araz-Naxçıvan"ın qonağı olan "Sabah" matçdan 4:2 hesablı qələb