“Sabah” və Mikels üçün əlamətdar oyun

SABAH
25 Avqust 2025
Misli Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilmiş “Şamaxı” – “Sabah” oyununda mövsümün ən erkən qolu vurulub. Komandamızın hücumçusu Coy-Lens Mikels matçın 38-ci saniyəsində hesabı açmaqla, mövsümün ən erkən qoluna imza atıb. Mikels həmçinin, “Sabah”ın tarixi ərzində vurulmuş ən erkən qolun müəllifi olub. 

Matçda dubl edən almaniyalı hücumçu “Sabah”ın heyətində ölkə çempionatında vurduğu qolların sayını 40-a çatdırıb. O, Azərbaycan çempionatları tarixində buna nail olan 9-cu legioner futbolçu olub. Mikels “Sabah”da ümumilikdə, 110 oyunda 52 qola imza atıb. 

Qeyd edək ki, “Şamaxı” – “Sabah” oyunu komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


TÖVSİYƏ OLUNANLAR

Baş məşqçimiz Valdas Dambrauskasın "Şamaxı"ilə oyun sonrası mətbuat konfransı

"Sabah" Misli Premyer Liqasının XII turunda səfərdə "Şamaxı" ilə məğlub etdi - 0:0. Oyundan sonra ba

Baş məşqçimiz Valdas Dambrauskasın "Kəpəz"lə oyun sonrası mətbuat konfransı

"Sabah" Misli Premyer Liqasının XI turunda səfərdə "Kəpəz"i məğlub etdi - 3:1. Oyundan sonra baş məş

Baş məşqçimiz Valdas Dambrauskasın "Qəbələ" ilə oyun sonrası mətbuat konfransı

"Sabah" Misli Premyer Liqasının X turunda evdə "Qəbələ"ni 1:0 hesabıyla məğlub etdi. Oyundan sonra b

Baş məşqçimiz Valdas Dambrauskasın “Araz-Naxçıvan” oyunu ilə bağlı fikirləri

Misli Premyer Liqasının IX turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşan “Sabah” oyunu 2:2 hesablı he