UEFA Gənclər Liqasının püşkü atıldı: "Sabah" "Nant"la qarşılaşacaq

SABAH
01 Sentyabr 2025
UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb.

Son Azərbaycan çempionu "Sabah" liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Komandamız bu mərhələdə Fransanın "Nant" klubu ilə qarşılaşacaq. "Sabah" ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab görüşlərinin isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub. 

"Nant" - "Sabah" cütünün qalibi üçüncü təsnifat mərhələsində "Austria" (Vyana, Avstriya) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. 

TÖVSİYƏ OLUNANLAR

"Sabah-2"-dən səfər qələbəsi

Əvəzedicilərin çempionatında 11-ci turun oyunları keçirilir. "Sabah-2" bu turda səfərdə "Qarabağ-2"

Antalyada çempion olan komandamız “Sabah” Futbol Mərkəzində!

“Sabah”ın U-12 komandasının futbolçuları “Sabah” Futbol Mərkəzini ziyarət ediblər. Ötən ay Türkiyəni

Akademiyamızda uşaq hüquqları mövzusunda seminar keçirilib

“Sabah” Futbol Akademiyasında uşaq hüquqlarının və maraqlarının qorunması mövzusunda seminar keçiril

Akademiyamızın komandalarından 14 qələbə!

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “