Adino Mustedanaqiç: “Bu cür oyunlardan gələcək matçlar üçün maksimum dərs çıxarmalıyıq”

SABAH
23 Oktyabr 2025

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının ikinci mərhələsində ilk oyununu keçirib. Komandamız səfərdə Fransanın “Nant” komandasına məğlub olub (0:5). U-19 komandamızın baş məşqçisi Adino Mustedanaqiç matçla bağlı fikirlərini bildirib:

“UEFA Gənclər Liqasında mübarizəyə ölkə qaliblərinin pley-off mərhələsinin 2-ci turundan başladıq. İlk sınaqdaca Fransa təmsilçisi “Nant”la qarşılaşmalı olduq. “Nant” böyük ənənələrə malik, köklü klublardandır. Bu klubun əsas komandası bir müddət istədiyi səviyyədə çıxış etməsə də, akademiyası ən yaxşılardan hesab edilir. Nantda bu oyuna maraq böyük idi. Oyun zamanı stadion tam dolmuşdu.

Belə oyunlarda uğur qazanmaq üçün bir neçə amil - komanda və fərdi səviyyədə həm psixoloji, həm taktiki cəhətdən maksimum performans göstərmək, həmçinin bir az şans əsas rol oynayır.


Təəssüf ki, çox erkən - oyunun 3-cü dəqiqəsində fərdi səhvdən qol buraxdıq. Növbəti 3 qolu da fərdi səhvlərdən sonra qapımızda gördük.


İstənilən halda, nəticə həqiqətən pisdir.
Amma ilk 2 qol kornerdən, növbəti 2 qol isə sadə səhvlərdən gəldi. Yalnız 5-ci qolu rəqibin taktiki hücumundan sonra buraxdıq. Bu oyunda əsas problemimiz rəqibə təzyiq göstərə bilməməyimiz və topu xüsusilə keçid anlarında yaxşı idarə edə bilməməyimiz idi. Rəqib oyunçuların fiziki gücü bizi onlara yaxın zonada sayca üstünlük qazanmağa məcbur edirdi ki, bu da müdafiədə blokumuzun aşağı olmasına səbəb olurdu.


Oyuna maksimum hazırlaşmışdıq. Ötən həftə əsas komandamızla yoldaşlıq oyunu keçirdik ki, bu da komandaya oyuna dair daha çox anlayış verdi. Amma qarşılaşdığımız meydan və hava şəraitini tam olaraq təkrarlamaq çətin idi.


Bu matçda futbolçularımız oyun planımızı maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Fransız oyunçuların yüzlərlə belə oyun təcrübəsi var. Bizim bəzi oyunçularımız üçün isə bu ilk belə təcrübə idi. Bu cür oyunlardan gələcək matçlar üçün maksimum dərs çıxarmalıyıq”.


Qeyd edək ki, “Sabah” və “Nant” arasında cavab oyunu noyabrın 5-də, “Bank Respublika Arena”da keçiriləcək. 

TÖVSİYƏ OLUNANLAR

Akademiyamız həftəni 10 qələbə ilə başa vurdu!

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlar baş tutub. “Sabah” Futbol Akademiyas

“Sabah”ın aşağı yaş qruplarından 8 qələbə!

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlar baş tutub. “Sabah” Futbol Akademiyas

Antalyada çempion olan komandamız “Sabah” Futbol Mərkəzində!

“Sabah”ın U-12 komandasının futbolçuları “Sabah” Futbol Mərkəzini ziyarət ediblər. Ötən ay Türkiyəni

Akademiyamızda uşaq hüquqları mövzusunda seminar keçirilib

“Sabah” Futbol Akademiyasında uşaq hüquqlarının və maraqlarının qorunması mövzusunda seminar keçiril