U-19 komandamızın baş məşqçisi Adino Mustedanaqiçin “Nant”la oyunla bağlı fikirləri

SABAH
06 Noyabr 2025

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununu keçirib. Gənclərimiz evdə Fransanın “Nant” komandası ilə qarşılaşıb (1:2). Oyundan sonra U-19 komandamızın baş məşqçisi Adino Mustedanaqiç fikirlərini bildirib:

“İlk oyunda bir neçə fərdi səhvə yol vermişdik. Yekun hesabda bu amillərin də rolu olmuşdu. Cavab matçına hazırlıq zamanı ilk görüşdə yol verdiyimiz səhvlərin üzərində çalışmışdıq. Üstəlik, bu dəfə artıq rəqibi daha yaxşı tanıyırdıq. “Nant”ın heyətində fərdi keyfiyyətləri çox yüksək olan futbolçular var. Üstəlik, rəqibin bu cür oyunlar baxımından kifayət qədər təcrübəsi var idi. Rəqib il ərzində bu səviyyədə onlarla oyun keçirir. Bu matçda 5 nəfər 2009-cu il təvəllüdlü futbolçuya şans verdik. “Nant”la oyun həm qeyd etdiyim gənclər, həm də digər oyunçularımız üçün əvəzsiz təcrübə oldu.


Oyuna gəldikdə isə qeyd etməliyəm ki, aradakı təcrübə fərqinə rəğmən komandamız yaxşı mübarizə apardı. Yaxşı imkanlarımız da oldu, lakin təəssüf ki, bu imkanların yalnız birini qola çevirə bildik. “Nant” hər iki qolu penaltidən vurdu. Lakin bu epizodlardan birində komandamızın üzvü topa oynamışdı, ikinci epizodda isə qayda pozuntusundan öncə rəqib futbolçu topa əllə toxunmuşdu. İstənilən halda, qərar artıq verilib, dəyişəcək bir şey yoxdur. İndi bu oyunlarda əldə etdiyimiz təcrübəni dəyərləndirməli və gələcək oyunlarımıza köklənməliyik”. 

TÖVSİYƏ OLUNANLAR

Akademiyamız həftəni 10 qələbə ilə başa vurdu!

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlar baş tutub. “Sabah” Futbol Akademiyas

“Sabah”ın aşağı yaş qruplarından 8 qələbə!

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlar baş tutub. “Sabah” Futbol Akademiyas

Antalyada çempion olan komandamız “Sabah” Futbol Mərkəzində!

“Sabah”ın U-12 komandasının futbolçuları “Sabah” Futbol Mərkəzini ziyarət ediblər. Ötən ay Türkiyəni

Akademiyamızda uşaq hüquqları mövzusunda seminar keçirilib

“Sabah” Futbol Akademiyasında uşaq hüquqlarının və maraqlarının qorunması mövzusunda seminar keçiril