Akademiyamızda uşaq hüquqları mövzusunda seminar keçirilib

SABAH
17 Noyabr 2025
“Sabah” Futbol Akademiyasında uşaq hüquqlarının və maraqlarının qorunması mövzusunda seminar keçirilib. Seminarda akademiyamızın U-12 və U-13 komandasının futbolçu və məşqçi heyəti, həmçinin akademiyamızın koordinatoru Giorgi Minaşvili, “Sabah”ın əsas komandasının və Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov və psixoloq Nərgiz Məmmədova iştirak ediblər. 

Psixoloq Nərgiz Məmmədova seminar iştirakçılarına uşaq hüquqları ilə bağlı ətraflı məlumat verib, azyaşlıların mövzunu daha yaxşı anlamaları məqsədilə onlar üçün müxtəlif əyləncəli tapşırıqların olduğu oyunlar təşkil edib. 

Akademiyamızın koordinatoru Giorgi Minaşvili və “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov da çıxış edərək, azyaşlı futbolçulara öz məsləhətlərini veriblər. Tədbirin sonunda Rəhman azyaşlı futbolçularla meydançada vaxt keçirib, onların suallarını cavablandırıb.


TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Bakı seçmələri yekunlaşdı

“Sabah” Futbol Akademiyasının Bakı seçmələrinə yekun vurulub. İyunun 6-7-də keçirilən seçmələrdə 201

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g