U-14 komandamız Antalyada çempion oldu!

SABAH
06 Aprel 2026

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Antalya City Friendship Cup” beynəlxalq futbol turnirində iştirak edib.


Nasir Nəsirlinin baş məşqçisi olduğu komandamız turnir çərçivəsində qrup mərhələsində Türkiyənin “Manavqat” (4:0), “TSI Academy” (7:1) və İngiltərəni təmsil edən “Göztepe” (6:1) komandalarını məğlub edib. U-14 yarımfinalda meydan sahibi ölkənin “Kardelenspor” (5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən “Young Pro” komandasına qalib gələn (3:0) “Sabah” turniri çempion kimi başa vurub.


Antalya City Friendship Cup


Qrup mərhələsi


Sabah – Manavqat 4:0
Qollar: Yusif Ağayev, Əli Hüseynli, Elman Tahirov, Tofiq Zaidov.


TSI Academy – Sabah 1:7
Qollar: Əli.Hüseynli (2), Yusif Ağayev, Eldar Hüseynov, Artyom Solovyov, Çingiz Müslümov, Tofiq Zaidov.


Sabah – Göztepe 6:1
Qollar: Yusif Ağayev (2), Elman Tahirov, Hüseyn Musayev, Tofiq Zaidov, Eldar Hüseynov.


Yarımfinal


Kardelenspor – Sabah 1:5
Qollar: Amal Şıxkərimzadə, Yusif Ağayev (2), Elman Tahirov, İhsan Mehrəliyev.


Final


Sabah – Young Pro 3:0
Qollar: Yusif Ağayev (2), Əli Səfərov. 

TÖVSİYƏ OLUNANLAR

Akademiyamızın Qusar seçmələri başa çatdı

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir. “Azərlotereya”nın dəstəy

17 yaşlılarımız mövsümü gümüş medalla başa vurdu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında mövsümə yekun vurulub. “Sabah”ın müvafiq komand

“Sabah” U-14 çempion!

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub. Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə g

“Sabah”ın U-16 komandası çempionluğunu rəsmiləşdirdi!

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “